2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Arda Turanı o əvəzləyəcək

Jurnalist Bilal Meşeni təhqir etdityi üçün Türkiyə millisindən kənarlaşdırılan ulduz futbolçu Arda Turanı komandada kapitan kimi əvəz edəcək oyunçu müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, bu, indiyədək yığmanın vitse-kapitanı olmuş “Fənərbaxça”nın yarımmüdafiəçisi Məhmət Topaldır. 
 
Yerli mətbuatda bildirlir ki, bununla bağlı Türkiyə Futbol Federasiyası və millinin məşqçilər korpusu birlikdə qərar verib. 31 yaşlı futbolçu Kosovo ilə oyuna kapitan olaraq çıxacaq. Yığmanın ikinci kapitanları isə Səlçuk İnan və Gökhan Gönül olacaq. 
 
Qeyd edək ki, Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə  Meşenin 2016-cı ildə Arda haqqında yazısı xatırlanıb və yarımmüdafiəçi bundan əsəbiləşib. O, jurnalistin boğazından yapışaraq onu təhqir edib və döymək istəyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31