9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Portuqaliya "Bakı"da məşq etdi

 

FİFA 2014 Dünya Çempionatının seçmə oyunlarında Azərbaycan yğıma komandasının qonağı olacaq Portuqaliya millisi artıq Bakıdadır. Futbolxeber.az xəbər verir ki, bu gün qonaqlar "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda aşıq məşq keçiriblər. 
 
Təxminən, 90 dəqiqə davam edən məşqi Portuqaliya mediasının nümayəndələri ilə bərabər yüzlərlə azarkeş izləyib. 
 
Qızınma hərəkətlərinin ardından topla təmrinlər yerinə yetirən qonaqlar məşqi standard vəziyyətlərin icrası ilə tamamlayaıblar.
 
Portuqaliya milli komandasını futbolçuları və texniki heyət nümayəndələri klub bazasının infrastrukturu ilə tanışlıqdan sonra yaradılan şəraiti yüksək qiymətləndirərək, "Bakı" futbol klubunun rəhbərliyinə təşəkkürlərini bildiriblər.
 
Portuqaliya millisi 24 mart 2013-cü il tarixində "Bakı"nın bazasında daha bir məşq keçirəcək. Saat 11-də baş tutacaq məşq qapalı xarakter daşıyacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31