9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Ruslan Abışovun canı Rusiya himnindən qurtuldu

 

Növbəti mövsümdən futbol üzrə Rusiya çempionatının oyunları öncəsi ölkə himni səsləndirilməyəcək. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqı (RFS) qərar qəbul edib.
 
Rusiya himni yalnız mövsümün açılış matçlarında, habelə, ölkə yığmasının iştirakı ilə keçiriləcək görüşlərdə səsləndiriləcək. Himnin ifası zamanı azarkeşlər və futbolçuların davranışı bir neçə dəfə qalmaqalla müşayiət olunub. Xüsusən, Şimali Qafqazdakı matçlarda yerli fanatlar Rusiya himnini fitə basıblar. Hətta hazırda “Neftçi”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Şükürov da etirazçılar arasında olub. Şükürov “Anji”də çıxış etdiyi vaxt Mahaçqalada “Sibir”lə 2010-cu il avqustun 30-dakı görüşdən öncə himn səsləndirilərkən, üzünü Rusiya bayrağına tərəf çevirməyib.
 
Bu ilin martında “Krılya Sovetov”un dağıstanlı futbolçusu, vaxtilə Azərbaycanın 17 yaşadək yığmasında da çıxış etmiş Şamil Lahiyalov da himn vaxtı Rusiya bayrağına tərəf çevrilməyib və saqqalını tumarlamaqla məşğul olub. Hər iki futbolçu Rusiyaya qarşı hörmətsizlikdə ittiham edilib. Hazırda Rusiya çempionatında azərbaycanlı futbolçulardan Ruslan Abışov çıxış edir. Abışov Tatarıstanı təmsil edən “Rubin”in şərəfini qoruyur. 
 
Qeyd edək ki, Rusiya himni 2010-cu ilin iyulundan Rusiya Premyer Liqası, I və II divizion, gənclərin çempionat və Rusiya Kubokundakı oyunlar öncəsi səsləndirilirdi. Bu təşəbbüsü RFS-in ovaxtkı prezidenti Sergey Fursenko irəli sürmüşdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31