2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Buffon üçün əlamətdar oyun

Sabah “A” seriyasının 9-cu turu çərçivəsində “Cenoa”ya qarşı keçiriləcək oyun “Yuventus”un qapıçısı və kapitanı Canluici Buffon üçün əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper meydana çıxacağı halda, “Yuventus”un heyətində 500-cü oyununu keçirəcək. Matç Turin klubunun qələbəsi ilə yekunlaşacağı halda, Buffon “A” seriyasında 300-cü dəfə meydanı qalib qismində tərk edəcək.

Qeyd edək ki, hazırda Buffon “Yuventus”un heyətində oyun sayına görə dördüncüdür. Təcrübəli qapıçı Cuzeppe Furino (528), Qaetano Şirea (552) və Alessandro Del Pyerodan (705) geri qalır.

Əlavə edək ki, Buffon “Yuventus”a 2001-ci ildə 51 milyon avro qarşılığında “Parma”dan keçib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31