2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Maurinyo: “Mançester Yunayted”lə oyunda 1 xalı havayı da versələr, qəbul etmərəm”

“Mançester Yunayted”in oyununu bacardığım qədər analiz etmişəm. Oyuna 1 gün qalsa da, hələ ki start heyətini müəyyənləşdirməmişəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Maurinyo deyib.

Sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyun haqda danışan portuqaliyalı mütəxəssis, meydana yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb: “Komandam yaxşı oynayır, özümüzə güvənirik, Premyer Liqada turnir cədvəlinin zirvəsindəyik, Çempionlar Liqasında da vəziyyətimiz yaxşıdır. Düşərgədə hər kəs hazırki durumdan məmnundur. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Mançester Yunayted”lə oyun da istisna deyil. İndi heç-heçəyə razı deyiləm. Hətta desələr ki, meydana çıxmadan belə 1 xalı havayə veririk, qəbul etmərəm. Mən sabah 3 xal uğrunda vuruşmaq istəyirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31