Xarici futbol
XX mundialın iştirakçıları: HOLLANDİYA
15 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Hollandiya millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
Niderland Krallığının Futbol İttifaqı 1889-cü ildə yaradılıb. Qurum 1904-cü ildən FİFA-ya, 1954-cü ildən isə UEFA-ya üzv olub. Futbol İttifaqı 1889-cü ildə yaransa da, ölkə millisi tarixindəki ilk oyununu 1905-ci ilin 30 aprelində keçirib. “Narıncılar” debüt oyununda səfərdə Belçikayla üz-üzə gəlib və rəqibini 4:1 hesabı ilə məğlub edib. Komandanın dörd qolunun dördünə də Eddi de Neve vurmuşdu. 1908-ci ildə Böyük Britaniyada, 4 il sonra İsveçdə, 1920-ci ildə isə Belçikada keçirilən olimpiya oyunlarında bürünc medal qazanmasına baxmayaraq, Hollandiya yığması 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatına qatılmayıb.
XX əsrin əvvəlində olimpiadada qazanılan uğurlardan sonra Hollandiya millisi kölgəyə çəkildi. Komanda uzun müddət ciddi uğurlar qazana bilmədi. Lakin 70-ci illərdə yetişən futbolçu nəsli sayəsində Hollandiya yığması yenidən adından söz etdirdi. “Total futbol”un yaradıcıları 1974 və 1978-ci illərdə 2 dəfə dünya çempionatının finalına yüksəlsə də, həlledici qarşılaşmada məyuslus yaşadılar.
1959-cu ildə Hollandiya millisi tarixi ərzindəki ən ağır yenilgini aldı. Almaniya Federativ Respublikasının yığması oktyabrın 21-də Kölndə baş tutan matçda “narıncılar”ın qapısından 7 cavabsız top keçirdi.
2011-ci ilin 2 sentybarında isə Hollandiya yığması tarixi ərzindəki ən böyükhesablı qələbəni qazandı. Belə ki, Eyndhovendə baş tutan matçda Hollandiya rəqibin qapısından 11 cavabsız qol keçirdi.
UĞURLAR
Bayaq da qeyd etdiyimiz kimi, Hollandiya millisi ötən əsrin əvvəllərində 12 il ərzində 3 Olimpiya Oyunlarında bürünc medallara sahib çıxıb. Lakin 1920-ci ildən sonra Hollandiya yığması olimpiadada bir daha medal qazana bilməyib.
Olimpiya Oyunlarında olduğu kimi Dünya Çempionatlarında da Hollandiya millisi 3 dəfə medalçılar sırasına düşüb. Hər 3 halda da komanda gümüş medala sahib çıxıb. 1974-cü ildə almanlar, 4 il sonra argentinalılar, son mundialda isə ispanlar Hollandiya yığmasının dünya çempionu olmasına imkan verməyib.
1976-cı ildə ilk dəfə qatıldığı Avropa çempionatında bürünc medala sahib çıxan hollandlar, daha sonra 3 dəfə - 1992-ci ildə İsveçdə, 2000-ci ildə Belçikayla birgə ev sahibliyi etdiyi qitə birincliyində, həmçinin 2004-cü ildə Portuqaliyada üçüncülüklə kifayətlənib. 1988-ci ildə Almaniya Federativ Rspublikasında baş tutan Avropa çempionatında Hollandiya yığması ilk və sonuncu dəfə qitə çempionu tituluna sahib çıxıb. Bu, həm də hollandların böyük turnirlərdə bu günə kimi qazandığı yeganə finaldır.
REKORDÇULAR
Hollandiya millisinin tarixində ən çox oyun keçirən futbolçu Edvin van der Sardı. Ötənlərin məşhur qolkiperi 1995-2008-ci illərdə yığmada 130 matça çıxıb və qapısında 89 qol görüb. 1990-2004-cü illərdə yığmanın şərəfini qoruyan Frank de Burun aktivində 112 matç var. 2001-ci ildən yığmaya dəvət alan və hələ də komandada çıxışını davam etdirən Rafael van der Vaart isə 107 matçda forma geyib.
Yığmanın tarixində ən yaxşı bombardir isə Robin Van Persidir. O, 2005-ci ildən bu günə kimi dəvət aldığı millinin heyətində 85 oyunda 41 qol vurub. 1994-2004-cü illərdə yığmada 79 oyuna çıxan Patrik Kluyvertin aktivində 40 qol var. Ötənlərin daha bir məşhur hücumçusu Denis Berqkamp isə yığmada 37 dəfə fərqlənib.
HOLLANDİYA MİLLİSİ MUNDİLLARDA
İlk dünya çempionatında kənarda qalan Hollandiya yığması 1934 və 1938-ci illərdə mundialla elə ilk oyundaca vidalaşıb. 1950 və 1954-cü illərdə dünya çempionatına qatılmayan “narıncılar”, növbəti 4 dünya çempionatında da seçmə mərhələdə uğursuzluğa düçar olub. Nəhayət, 1974-cü ildə 36 illik fasilədən sonra dünya çempionatında iştirak edən Hollandiya yığması həm bu, həm də 4 il sonrakı turnirdə finala kimi irəliləyib. Növbəti 2 yarışın seçmə mərhələsində fiaskoya uğrayan Hollandiya millisi 1990-cı ildə İtaliyada baş tutan mundiala qatılsa da, turnirlə 1/8 finalda, 4 il sonra ABŞ-dakı yarışla 1/4 finalda vidalaşıb. 1998-ci ildə Fransanın ev sahibliyi etdiyi yarışda dördüncü olan hollandlar 12 il əvvəl seçmə mərhələdə uğursuzluğa düçar olaraq gözlənilmədən Yaponiya və Cənubi Koreyanın birgə ev sahibliyi etdiyi mundialı kənardan izlədi. 2006-cı ildə turnirlə 1/8 finalda vidalaşn hollandlar, son mundialda finala kimi irəliləsə də, 1974 cə 1978-ci illərdə olduğu kimi yenə finalda qələbə qazana bilmədi. Bu günə kimi baş tutan 19 mundialın 9-da iştirak edən Hollandiya yığması DÇ-da keçirdiyi 42 oyunun 22-də qələbə qazanıb, 10-unda heç-geçə edib və 10 dəfə də meydandan məğlub qismində ayrılıb. Vurduğu 71 qolun qarşılığında öz qapısında 44 qol görüb.
PÜŞK VƏ TƏQVİM
Püşkdən əvvəl dördüncü səbətdə yer alan hollandlar yekunda elə bunun acısını çəkdilər. Əminliklə söyləmək olar ki, püşkü hollandlar üçün uğurlu alınmadı. Əvvəla ona görə ki, Hollandiya millisi son mundialda finalda məğlub olduğu İspaniya ilə eyni qrupda yer alıb. Digər iki rəqib də “asan yem” deyil. Çili yığması son zamanlar inkişafdadır və Cənub Amerikanın ən güclü kollektivlərindən biridir. Üstəlik, turnir də məhz Cənubi Amerikada baş tutacaq. Qrupda yer alan Avstraliya millisini də hesabdan silmək olmaz.
Komanda ilk oyununda İspaniya ilə üz-üzə gələcək. Bu oyunda alınacaq məğlubiyyət hollandların işini xeyli çətinləşdirə bilər. İkinci oyununda hollandlar Avstraliyanı sınağa çəkəcək. Bu matç iyunun 18-də, “Beyra-Rio” stadionunda baş tutacaq. Qrupdakı son matçında isə Hollandiya Çili ilə üz-üzə gələcək. Bu matç iyunun 23-də “Arena Korintians”da oynanılacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
10:03
"Roma" "Bayer"lə bacarmadı VİDEO
-
09:47
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
09:30
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"
-
16:13
Yüksək Liqada mövsüm başa çatdı
-
15:00
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
-
14:49
"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazandı
-
14:22
"Neftçi" “Qarabağ”la matçın hazırlığını davam etdirir FOTOLENT
-
14:15
Millimizin sabiq üzvü “Əl-İttihad”da
-
13:07
Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir"
-
12:31
Aygül Abdullayeva Estoniyada ən yaxşı hakimi seçilib
-
12:12
"Səbail" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:58
Klublar Komitəsinin növbəti iclası keçirilib
-
11:26
Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış gününə start verilib
-
11:03
Fərid Mansurov: "Prezident Kuboku-2024"də azarkeş qismində iştirak etmək qürurvericidir"
-
10:34
"Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik"
-
10:12
Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər
-
09:59
"Traktor" əzəli rəqibi ilə heç-heçə etdi
-
09:47
"Borussiya" PSJ-ni məğlub etdi VİDEO
-
09:30
Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu
-
18:19
Abu Dosso: “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir”
-
17:58
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
-
17:42
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
-
17:25
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb
-
17:03
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
-
16:51
"Qusar" Ağdaşdan qələbə ilə qayıtdı VİDEO
-
16:37
“Prezident kuboku-2024” reqatasının birinci gününə yekun vuruldu
-
15:44
Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
-
14:16
Premyer Liqamızda apreldə vurulan 5 ən gözəl qol VİDEO
-
14:08
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
-
13:32
“Sərhədçi”nin baş məşqçisi: "Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”
-
12:29
I Liqada hakim təyinatları açıqlandı
-
12:15
Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır
-
11:53
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
-
10:41
Millimiz Rumıniyaya uduzub, Bosniya və Herseqovinanı darmadağın edib
-
10:17
Ülviyyə Fətəliyeva: "Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir"
-
09:30
"Bavariya" - "Real" matçında 4 qol VİDEO
-
22:22
Azərbaycanın iki idmançısı Olimpiadaya vəsiqə qazandı
-
21:38
Pley-off start götürdü: “Neftçi” uduzdu
-
21:00
“Şahdağ Qusar” - “Füzuli” oyununda 6 qol VİDEO
-
18:49
II Liqada 23-cü tura yekun vuruldu
-
18:34
Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlanıb