3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Serxio Ramos: “Karyeramı “Real”da bitirmək istəyirəm”

“Real”ın və İspaniya millisinin üzvü Serxio Ramos gələcək karyerası haqda danışıb. Futbolxeber.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli arxa xətt oyunçusu “Real”ın tərk etmək barədə düşünmür: “Dünyanın ən yaxşı komandasının bir hissəsi olmaqdan qürur duyuram. Qoy, hər kəs məni eşitsin: qarşıdakı illərdə də “Real”da çıxış etmək və karyeramı elə burada bitirmək istəyirəm. Klubdakı ilk gündən azarkeşlərin sadiqliyi məni heyran edib. Daim onlara minnətdar olacağam. Lissabondakı finalda vurduğum qol həyatımdakı ən mühüm anlardan biri idi. Topun qapıya daxil olduğunu gördüyüm anda keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm”.

Qeyd edək ki, “Real” rəhbərliyi son zamanlar inamlı təsir bağışlayan futbolçunun illik əmək haqqısını 6 milyondan 9 milyon avroya yüksəldəcək. Bununla da Serxio Ramos Kriştianu Ronaldo (17 milyon) və Qaret Beyldən (10 milyon) sonra Madrid klubunun ən yüksəködənişli üçüncü futbolçusu olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31