3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Fənərbaxça”lı azarkeşlər “Qalatasaray”ın mağazasını yandırdı, 15 fanat həbs olundu

Kadıköydə komandalarının çempionluğunu bayram edən bir qrup “Fənərbaxça” azarkeşi əzəli rəqib “Qalatasaray”ın da bostanına daş atmağı unutmayıb. Futbolxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Bağdat Caddesi”ndə toplanan “sarı-lacivərtli” tərəfdarlar həmin küçədə yerləşən “GS Store” mağazasına hücum ediblər. Mağazanı əvvəlcə daşlayan “Fənər”lilər, daha sonra içəri girməyə cəhd ediblər. İstəklərinə çatdıqdan sonra mağzanın pəncərələrini sındıran azarkeşlər “Qalatasaray”a aid olan forma və digər əşyaları bayıra ataraq yandırıblar. 

Olaydan hiddətlənən “Qalatasaray”ın azarkeşlərinin bir qismi “Fənər”lilərlə mübahisə də edib. Hadisədən xəbər tutan polis əməkdaşları mağazaya hücum edən fanatlardan 15-ini yaxalayıb. Polis bölməsində ifadə verən 15 “Fənərbaxça”lının bu gün məhkəməyə çıxarılacağı qeyd olunur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31