2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Xarici futbol

İngiltərədə mövsümün ən yaxşıları - Suarez və Azar

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunun adı bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, “Liverpul”un hücumçusu Luis Suarez 2013/14 mövsümünün ən yaxşısı elan edilib. “Çelsi”nin üzvü Eden Azar ikinci, “Mançester Siti”li Yaya Ture isə üçüncü olub.

Xatırladaq ki, ötən mövsüm bu mükafat “Tottenhem”in formasını geyən Qaret Beylə qismət olmuşdu. Cari mövsümdə isə Suarezin qalib olacağını gözləmək mümkün idi. Çünki uruqvaylı forvard Premyer Liqada meydana çıxdığı 31 matçda 30 qol vurub və 17 məhsuldar ötürmə verib.

Mövsümün ən yaxşı gənc futbolçusu isə Eden Azar seçilib. Belçikalı futbolçu siyahıda “Liverpul”lu Daniel Starric və “Sautgempton”lu Lyuk Şounu qabaqlayıb.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 33 matçda forme geyən Azar, 14 qol vurub və 9 məhsuldar ötürmə verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31