2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Xarici futbol

Adnan Yanuzay seçimini etdi

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Adnan Yanuzay Belçika milli komandasında çıxış edəcək. Lent.az-ın məlumatlına görə, bu barədə yığmanın baş məşqçisi Mark Vilmots açıqlama verib.
 
O bildirib ki, 19 yaşlı yarımmüdafiəçi karyerasının sonunadək Belçika millisinin şərəfini qorumağı qərara alıb. Yanuzay Kosovoda etnik alban ailəsində doğulub. Futbolçunun Albaniya, Serbiya, Kosovo və Türkiyə, hətta İngiltərə yığmalarını seçmək imkanı olub.
 
Qeyd edək ki, Adnan Yanuzay “Mançester Yunayted”ə 2011-ci ildə Belçika “Anderlext”indən keçib. 2012-2013-cü il mövsümündə o, klubun ən yaxşı ehtiyat oyunçusu sayılıb. Yanuzay əsas heyətdə 11 августа 2013-cü ildə debüt edib. Yeniyetmə futbolçu İngiltərə Superkuboku uğrunda matçda meydana əvəzetmədən daxil olub. Ümumilikdə o, “qırmızı şeytanlar”ın heyətində 24 oyuna 4 qol vurub. İndi isə Yanuzay Belçika millisinin heyətində 2014-cü il dünya çempionatında oynamaq imkanı qazanıb. Bu komanda Braziliyada keçiriləcək mundialda A qrupunda Rusiya, Cənubi Koreya və Əlcəzairə rəqib olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31