3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında 4-cü turun oyunları keçirilib. 
 
Futbolxeber.az saytının məlumatına görə, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb. Hesabat turunda Ü.Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbəylə başa vurub.
 
Avropa çempionatı
 
IV tur
 
Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0
 
Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə – 1:0
 
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0
 
Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva – 0,5:0,5
 
Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva – 0,5:0,5
 
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) - 0,5:0,5
 
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0
 
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0
 
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva – 0,5:0,5
 
Şlomit Vardi (İsrail) - Nərmin Abdinova – 0,5:0,5
 
Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31