3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IX turun partiyaları oynanılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.
 
Çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyliylə xalı yarı bölüb. Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə və Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb.
 
Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək.
 
Sabah başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq.
 
İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaq.
 
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31