2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, Yüksək Liqada bürünc mükafat uğrunda qarşılaşmalar aprelin 20-də, finallar isə 22-si və 23-də keçiriləcək.
 
Aprelin 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular üçüncülük uğrunda meydana çıxacaqlar. Saat 15:00-da start götürəcək matçda MOİK və “Neftçi” üz-üzə gələcək.
 
Daha sonra qadın voleybolçular üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Saat 18:00-da “Gəncə” və “Murov Az Terminal” komandaları münasibətləri aydınlaşdıracaqlar.
 
Aprelin 22-də Bakı İdman Sarayında final matçına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion bəlli olacaq. Saat 16:00-da başlayacaq oyunda “Azərreyl” və “Murov Az Terminal” kollektivləri görüşəcəklər.
 
Aprelin 23-də, saat 16:00-da isə qadın voleybolçuların final matçı baş tutacaq. “Azərreyl” və “Abşeron” komandaları çempionu müəyyən edəcəklər.
 
Qeyd edək ki, final oyunundan dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutacaq.
 
20 aprel
 
3-cü yer uğrunda oyunlar
 
Kişilər
 
15:00. MOİK - “Neftçi”
 
Qadınlar
 
18:00. “Gəncə” - “Murov Az Terminal”
 
Final oyunları
 
Kişilər
 
22 aprel
 
16:00. “Azərreyl” - “Murov Az Terminal”
 
Qadınlar
 
23 aprel
 
16:00. “Azərreyl” - “Abşeron”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31