2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Digər idman növləri

Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilib.

Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov MDB-nin baş katibi Sergey Lebedevlə keçirdiyi mətbuat konfransında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Minskdə keçirilən iclasında iştirakçıların birgə bəyanatının mətnini oxuyub. Bəyanatda bildirilir ki, 2025-ci ildə Gəncə şəhərinin və 2026-cı ildə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan edilməsi barədə qərar qəbul olunub.

Həmçinin diplomatik idarələrin rəhbərləri və nümayəndələri jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin araşdırılması, məhkəmə sistemləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırması sahəsində MDB-nin əsas qurumları haqqında qərar qəbul ediblər. Habelə, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” adlı vahid yubiley medalının təsis edilməsi və MDB üzvü olan dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiya layihəsi barədə qərar qəbul olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31