3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

İddiaçılar Turniri: Nicat Abasov yenə məğlub olub

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı qrossmeyster VI turda Rameşbabu Praqnanandha (Hindistan) ilə qarşılaşıb.

Qara fiqurlarla oynayan milli üzvü rəqibinə məğlub olub - 0:1.

Altı turdan sonra hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31