3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Fərid Qayıbov martda beynəlxalq yarışlarda uğurlu çıxış edən idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov martda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edən idmançılar və onların məşqçiləri ilə görüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Ardından “İdman Ustası” dərəcəsinə layiq görülən bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim olunub. Fərid Qayıbov Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edən idmançıları təbrik edib, onlara yeni uğurlar arzulayıb.
 
Ötən ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
 
Bədii gimnastika, tamblinq, ikili mini-batut, batut gimnastikası, kişi idman gimnastikası, qadın idman gimnastikası, aerobika gimnastikası, güllə atıcılığı, stolüstü tennis, üzgüçülük, cüdo, stronqmen, uşu-sanda, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığmanın məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
 
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31