3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycanın Avropa çempionatında iştirak edəcək 6 karateçisi müəyyənləşib

Azərbaycanın Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək 6 karateçisi müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, buna qitəmiqyaslı yarışa yollanmağa namizədlər arasında təşkil olunan şəxsi görüşlərdə aydınlıq gəlib.
 
Seçimlərin ilk günündə 4 çəki dərəcəsi üzrə karateçilər üz-üzə gəliblər. Seçmə görüşləri Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər.
 
Hər çəkidə idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar. Yığma məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən, kişilər arasında Fərid Savadovla (60 kq) Fərid Ağayev (75 kq), qadınlarda isə Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) Avropa çempionatına yollanmaq hüququna yiyələniblər.
 
Kata seçimlərində qadınlarda Ramilə Heydərova, kişilərdə Roman Heydərov bütün rəqiblərini üstələyiblər.
 
Digər çəki dərəcələri üzrə qitə birinciliyində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşləri nəticəsində aydınlıq gələcək.
 
Qeyd edək ki, karate üzrə Avropa çempionatı mayın 8-12-si aralığında gerçəkləşəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31