3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları əməkdaşlığa başlayıb

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş anlaşma Memorandumu imzalanıb.
 
Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, Memorandumu Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Rauf Xəlilov və Gürcüstan Qolf Federasiyanın (GQF) prezidenti Zaza Mikadze imzalayıblar.
 
Memorandum hər iki ölkədə qolf oynayan icmaların təkmilləşdirilməsi üçün birgə imkanların araşdırılması öhdəliyini möhkəmləndirir. Bu əlamətdar sazişin əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqla AGF və GQF arasında əlaqələri gücləndirməkdir.
 
İmzalanma mərasimdə çıxış edən Rauf Xəlilov əməkdaşlığın perspektivləri ilə bağlı danışıb: "Bu Memorandum qolf oynamağın mükəmməlliyini təbliğ etmək və inkişaf etdirməkdə irəliyə doğru atılmış mühüm addımdır. Biz Gürcüstandakı həmkarlarımızla səmərəli tərəfdaşlığı səbirsizliklə gözləyirik”.
 
Zaza Mikadze nikbinliyini ifadə edib: "Azərbaycan Qolf Federasiyası ilə güclərimizi birləşdirərək, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək, regionumuzda qolfun standartlarını yüksəltməyi hədəfləyirik".
 
Qeyd edək ki, imzalanma mərasimində hər iki federasiyanın prezidentləri ilə yanaşı, vitse-prezidentləri Anar Əzimov ilə Andro Şilakadze, həmçinin baş katibləri Leyla Abbasova və Mişa Dzadzamia da iştirak ediblər.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31