3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

"Formula 1" Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.
 
Futbolxeber.az saytının məlumatına görə, 8-ci dəfə keçiriləcək mərhələnin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır.
 
Seçim mərhələsini uğurla başa vuran könüllülər yarışın keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərəcəklər. Əvvəlki illərin təcrübəsi nəzərə alınaraq, seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək. Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər.
 
BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülər üçün təlimlərin təşkilinin nəzərdə tutulduğunu bildirib: “Hər il olduğu kimi, bu il də yarış öncəsi hazırlıqlarla yanaşı, könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına töhfə verməkdir”.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31