3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Fərid Qayıbov CİGEPS-in növbəti sessiyasında çıxış edib

UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın Fransanın paytaxtı Parisdəki mənzil qərargahında öz işinə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, iclasın açılış hissəsində Komitənin 2019-2023-cü illər üzrə sədri qismində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

O, Çilinin idman nazirini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və qurumun son dörd il ərzindəki fəaliyyəti barədə məlumat verib.

Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən F.Qayıbov ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransının uğuru haqqında danışıb, eyni zamanda “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən bəhs edib.

İclasda iştirak edən baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.

Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31