3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Azərreyl”dən qələbə, “Abşeron” uduzub

Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, matçların ikisi Bakıda, digəri Gəncədə reallaşıb. Turnir cədvəlinin lideri "Azərreyl" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Matça daha yaxşı başlayan "dəmiryolçular" üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb.

Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər.

Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəyə sevinib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 48 xalla "Azərreyl" başçılıq edir. “Murov Az Terminal” 40 xalla ikinci, “Abşeron” 39 xalla üçüncü pillədə qərarlaşıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31