3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib

Martın 30-da Gənclər və İdman Nazirliyi (GİN) Azərbaycan Atletika Federasiyası ilə birgə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışın yekun nəticələrinə görə qadınlar arasında uzunluğa tullanmada Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ümidə Məcmunlu birinci olub.
 
Gənclər və İdman Nazirliyinin əməkdaşları Aysu Kərimzadə və Fəzilə Ağayeva isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov və Elvin Əlixanov (hər ikisi Ədliyyə Nazirliyi) ilk üçlükdə qərarlaşıblar.
 
Qadınlar arasında 60 metr məsafəyə qaçışda İlahə Çələbiyeva (GİN) birinci yerə layiq görülüb. Ümidə Məcmunlu (Kənd Təsərrüfatı Nazirliyi) ikinci, Ləman Niyazlı isə (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov (Ədliyyə Nazirliyi) fərqləniblər.
 
Qadınlar arasında 400 metr məsafəyə qaçışda İlahə Çələbiyeva, Fəzilə Ağayeva, Aysu Kərimzadə (hər üçü GİN) ilk üçlükdə qərarlaşıblar.
 
Kişilər arasında 800 metr məsafəyə qaçışda Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Hüseynov birinci olub. Cəlal Hüseynov və Əli Hacıyev (hər ikisi FHN) yarışı ikinci və üçüncü pillədə başa vurublar.
 
Sonda keçirilən 4x200 estafet yarışında Gənclər və İdman Nazirliyi birinci, SOCAR ikinci yerə layiq görülüblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31