3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

Bu gün Tailandın Phuket şəhərində Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Xüsusi Konqresi keçirilib.
 
Futbolxeber.az saytının Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
 
Konqresdə qurumun bütün komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təşkilatın yeni himni təqdim olunub. Bununla yanaşı, Paris Yay Olimpiya Oyunlarına gedən yolda son durum müzakirə edilib, bu il dünya səviyyəli yarışları qəbul edəcək ölkələrin təqdimatları nümayiş etdirilib.
 
Firdovsi Umudov IWF prezidenti Mohəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti ilə də görüşlər keçirib. Bu görüşlər zamanı bir sıra məsələlər, həmçinin AAF-ın bu beynəlxalq təşkilatlarla dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi də müzakirə edilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31