27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycanın daha 4 kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
 
Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, ənənəvi yarışın yarımfinal görüşlərindən sonra buna aydınlıq gəlib.
 
Həsən Məlikov (48 kq) yarımfinalda Şodiyorjon Melikuziyevi (Özbəkistan) 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovla münasibətinə aydınlıq gətirəcək.
 
Şamil Əsgərov (57 kq) Buzurqmehr İskanovla (Tacikistan) dueldən üstün ayrılıb - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). O, qızıl medal uğrunda Xudoynazar Fayzovla (Özbəkistan) qarşılaşacaq.
 
Əzrək Bəbirov (60 kq) özbəkistanlı Sayat İlyasovdan güclü olub – 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28). Bəbirov qalib adı uğrunda Talqat Sirimbetovla (Qazaxıstan) mübarizə aparacaq.
 
Komanda yoldaşlarının uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Boksçu finala gedən yolda rusiyalı İlya Popovu 4:1 (27:30, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev həlledici görüşdə Abdullah Madaminovla (Özbəkistan) qüvvəsini sınayacaq.
 
Beləliklə, bu gün baş tutacaq finallarda rinqə çıxacaq Azərbaycan boksçularının sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kq) Alfonso Dominqes (92 kq) bu hüquqa yiyələnmişdilər. Onlar müvafiq olaraq Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.
 
Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayevin (+92 kq) ardınca Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kq) yarımfinalda məğlub olaraq bürünc medal qazanıblar.
 
Boks Mərkəzində keçirilən yarışın final döyüşləri saat 14:00-da başlayacaq.
 
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi turniri 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30