27 Aprel 2024, Şənbə
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub

Digər idman növləri

"Selcan Mahsudovanın uğuru bizi qürurlandırır"

“Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Selcan Mahsudovanın lisenziya qazanması bizi çox qürurlandırır. Çünki onunla uzun yol qət etmişik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri batut gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin Selcan Mahsudovanın “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.
 
Azərbaycanda batut gimnastikasının on ildir inkişaf etdiyini xatırladan çalışdırıcı bildirib ki, bu müddət ərzində belə nəticə əldə etmək sevindirici haldır: “Mən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya bizə göstərilən dəstəyə, diqqətə və idmançıların hazırlanmasına yaradılan şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək olmasaydı, lisenziya əldə edə bilməzdik. Hər kəs qeyd edir ki, on il ərzində bu gimnastika növünü inkişaf etdirmək və lisenziya qazanmaq böyük və əhəmiyyətli bir işdir. Hamı bizi təbrik edir. Bacardığımızı hələ də tam dərk etməmişəm. Bu, mənim ən böyük arzum idi. İndi hər şey yenidən başlayır, arxayınlaşmamalıyıq. Qarşıda bizi Avropa çempionatı gözləyir. Selcanın yüksək idman formasında olmasına çalışacağıq. Bütün diqqətimizi Olimpiya Oyunlarına hazırlığa yönəldəcəyik”.
 
Qeyd edək ki, bu, Azərbaycanda batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30