27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
 
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov ABF-in 100 illik yubileyinə təsadüf edən yarışda dünya və Olimpiya çempionlarının mübarizə apardığını deyib. O bildirib ki, Bakıda belə beynəlxalq turnirin keçirilməsi ölkəmizdə boksun, idmanın inkişafının bir təzahürüdür: “Dünyanın ən güclülərinin “Böyük İpək Yolu”na gəlməsi turnirin gələcəkdə daha da böyüməsi, Azərbaycanda boksa marağın artması baxımından çox əhəmiyyətlidir”.
 
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və turnirin supervayzeri Draqolyub Radoviç yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
 
Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.
 
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarış martın 28-də başa çatacaq. Turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini yoxlayırlar. Kişii boksçular 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
 
121 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 14:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30