28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Azərbaycan millisinin kapitanı Macarıstan Kubokunu qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan Kubokunun finalında üz-üzə gəliblər.

Futbolxeber.az saytının məlumatına görə, yığmanın kapitanı A.Abdulazimovanın formasını geyindiyi “Vasas Obuda” və hücumçu M.Stepanenkonun şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşmasından birincilər üstün ayrılıblar.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Vasas Obuda” növbəti dəfə kubokun sahibi olub.

Final görüşündə Abdulazimova 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Millimizin kapitanı hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.

Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30