28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Azərbaycan şahmatçılarının beynəlxalq turnirdə mövqeləri müəyyənləşib

Azərbaycan şahmatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024” beynəlxalq turnirində mövqeləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, festivala qatılan 6 şahmatçımız arasında ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.

O, 9 turun yekununda 142 nəfər arasında 6 xalla 17-ci yeri tutub. Digər təmsilçilərimizdən Şiroğlan Talıbov 4,5 xalla 60-cı, Elmar Atakişiyev 4 xalla 102-ci, Vüqar Manafov 4 xalla 106-cı, Xaqan Əhməd 3,5 xalla 119-cu, Şahin Vəliyev isə 3 xalla 130-cu pillədə qərarlaşıb.

Turnirin qalibi 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai olub.

Qeyd edək ki, ənənəvi “Aeroflot Open” turniri 2002-ci ildən keçirilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30