27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
 
Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Milli Gimnastika Arenasında keçirilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
 
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına verdiyi önəmin nəticəsidir. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağına, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağına inandığını diqqətə çatdırıb.
 
Sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayacaq.
 
Dünya Kubokunda Azərbaycanı kişilərdə Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlarda isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
 
Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30