28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

AMADA rəsmisi Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak edib

Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, toplantıda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Plenar və qapalı iclaslarda keçirilən tədbirdə antidopinq təşəbbüsləri ilə bağlı müxtəlif institusional, inzibati, əməkdaşlıq və monitorinq məsələləri müzakirə olunub.
 
Gündəliyin əsas məsələlərinə 57-ci iclasın hesabatının təsdiqi, imzalar və ratifikasiyalar haqqında Katibliyin yenilənməsi, 2024-2027-ci illər üçün T-DO strategiyasının və əməliyyat proqramının qəbulu daxil edilib. Həmçinin fitnes mərkəzləri və idman zalları ilə bağlı antidopinq tədbirləri, xarici tərəfdaşlarla əməkdaşlıq və iştirakçı dövlətlərdəki son yeniliklər müzakirə olunub.
 
Uşaq hüquqları və antidopinqlə bağlı müzakirələr zamanı antidopinq prosesində iştirak edən uşaqların dəstəklənməsi, maarifləndirilməsi, qorunması, dopinq testlərdən keçirilməsi və ədalətli dinləmənin təmin edilməsinin vacibliyi vurğulanıb. Digər sessiyada Ümumdünya Antidopinq Proqramının yenilənməsində T-DO-nun rolu müzakirə edilib.
 
Ümumilikdə iclasın məqsədi Antidopinq Konvensiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, problemlərin həlli və antidopinq səylərinin gücləndirilməsi olub. Tədbir növbəti iclasın tarixlərinin və digər məsələlərin müzakirəsi ilə başa çatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30