28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada idman paradı keçirilib

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada idman paradı təşkil olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirdən öncə Gənclər və İdman Nazirliyinin rəsmiləri və idman ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
 
Sonra paradın açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bildirib ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü təsis edildiyi gündən hər il ölkədə, o cümlədən bölgələrimizdə də təntənəli şəkildə qeyd edilir. “İdmançılarımızın ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Otuzillik fasilədən sonra işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlərin keçirilməsi məhz Prezident İlham Əliyevin əvəzedilməz səyləri nəticəsində reallaşıb”, - deyən rayon icra hakimiyyətinin başçısı Qubada 8 minə yaxın gəncin idmanla məşğul olduğunu da diqqətə çatdırıb.
 
Gənclər və idman naziri Fərid Qayıbov isə dövlətimizin başçısının uğurlu idman siyasəti nəticəsində Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, idmançılara üçrəngli Bayrağımızı daim zirvələrdə dağlandırmağı, himnimizi səsləndirməyi arzulayıb.
 
Rəsmi çıxışlardan sonra 2024-cü ilin idman səfirləri - taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov ictimaiyyətə təqdim olunub.
 
Sonra Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, federasiyaların təmsilçiləri, idman səfirləri və həvəskarların iştirakı ilə parada start verilib.
 
Paradın ardınca konsert proqramı təşkil edilib, müxtəlif idman növləri üzrə milli komandanın üzvlərinin nümunəvi çıxışları olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30