28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Dünya Olimpiya Təsnifat Turniri: Daha iki boksçumuz mərhələ adladı

Azərbaycan millisinin daha iki boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.

Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, Zeynəb Rəhimova (54 kq) 1/32 finalda əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb.

Qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Rəhimova rəqibini 3:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib.

Yığma üzvü növbəti qarşılaşmada ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.

Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib.

Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.

Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kq) da qələbə qazanaraq mərhələ adlayıb. Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30