28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Xankəndi-Bakı ultramarafonunun qalibi: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

“Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar”.

Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu sözləri Xankəndi-Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.

380 kilometrlik məsafəni qət edərək qalib olan idmançı uğurunu şəhidlərə həsr etdiyini deyib: "Çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur. Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik. Bu qələbəni Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirəm".

Yarışı ikinci tamamlayan Yadigar Hüseynov isə marafonun təşkilatçılığında əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Bu sadəcə mənim deyil, bütün Azərbaycan xalqının uğurudur. Burada dayananlar və bizi müşayiət edənlərə təşəkkür edirəm. 44 günlük Vətən müharibəsində biz hamımız əziyyət çəkmişdik, vuruşmuşduq. 380 kilometr qaçmağımızda burada bizə dəstək olan hər kəsin əziyyəti var".

Finiş xəttinə üçüncü çatan Seymur Şahbazov ilk dəfə keçirilən bu marafonun Azərbaycan üçün tarixi an olduğunu vurğulayıb: "Xankəndidən Bakıya kimi qaçmaq çox məsuliyyətli iş idi. Bunun bir parçası olduğum üçün çox sevinirəm".

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi-Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 kilometr məsafə qət ediblər.

Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30