28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Xankəndi-Bakı ultramarafonuna yekun vurulub

İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.
 
Sonuncu - beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.
 
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.
 
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə Bakıya çatıblar.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30