28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Sumqayıtda güləş zalı əsaslı təmir olunub

Azərbaycan Güləş Federasiyası (AGF) Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” İdman Evini təmir etdirib.

Futbolxeber.az saytına bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Ötən ilin iyununda bərpa prosesinə başlanılan güləş mərkəzində idman zalı, məşqçi otaqları və sanitar qovşaq əsaslı təmir olunub. Eyni zamanda, arenada müasir standartlara cavab verən 2 dəst güləş xalçası yerləşdirilib. Beləliklə, “Alüminiumçu” İdman Evində yüksək səviyyədə təlim-məşq proseslərinin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Güləş mərkəzinin əsaslı təmirindən sonra ilk məşq baş tutub. Hazırlıq prosesindən öncə Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, AGF-nin baş katibi Nəsimi Musayev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin müavini Rüfət Mahmudzadə, “Alüminiumçu” İdman Evinin direktoru Kənan Quliyev, AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, milli komandaların məşqçiləri Nurəddin Rəcəbov, Emin Əhmədov, Rövşən Hacıyev, Əbilfət Məmmədov və güləş ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Adıçəkilənlər öz çıxışlarında Azərbaycan güləşinə böyük töhfə vermiş məkanın təmirinin ölkəmizdə bu idman növünün inkişafına təkan verəcəyini bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.

Qeyd edək ki, “Alüminiumçu” İdman Evində Rövşən Hacıyev, Kənan Quliyev, Emin Bəşirov, Ruslan Eminov, Seymur Qasımov, Nurəddin Rəcəbov, Hüsaməddin Rəcəbov, Elnur Aslanov, Arif Mehdiyev, Ümid Məmmədov, Etibar Qurbanov, Nofəl Babayev, Ceyhun Əliyev, Hüseyn Abbasov, İslam Abbasov və Murad Məmmədov kimi Avropa və dünya arenalarında medallar qazanmış güləşçilər yetişib və yetişməkdədir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30