28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək ilk cüdoçu dəqiqləşib

Azərbaycanı bu il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında təmsil edəcək ilk cüdoçu dəqiqləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli məlumat verib.
 
Onun sözlərinə görə, nüfuzlu yarışda 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev qüvvəsini sınayacaq: “Düzdür, son qərarı dünya çempionatından sonra verəcəyik. Amma 100 kiloqramda Olimpiadaya kimin gedəcəyini demək olar ki, dəqiqləşdirmişik. Bu çəkidə Zelim Kotsoyevin alternativi yoxdur. Öz çəki dərəcəsində dünya reytinqində ikinci pillədədir. Onun Azərbaycanda tayı-bərabəri yoxdur. Digər çəkilərdə isə kimlərin gedəcəyinə hələ qərar verilməyib. Qərarı federasiya olaraq, məşqçilər korpusu ilə birgə verəcəyik”.
 
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30