28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Azərbaycan boksçuları Rumıniyada 14 medal qazanıblar

Azərbaycan millisi Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Drakula” beynəlxalq turnirini 14 medalla (6-3-5) başa vurub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu mükafatlardan 11-ni yeniyetmə idmançılar qazanıblar.
 
Baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi altında Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zakir Həsənzadə (48 kq), Kənan Aslanlı (63 kq), Valeh Eyvazlı (66 kq) ikinci, Əli Məmmədov (46 kq), Raul Heydərli (52 kq), Haqverdi Həsənov (57 kq) və Nurlan Abışov (60 kq) üçüncü yeri tutublar.
 
Qızıl medal qazanan Sübhan Babayev, həmçinin turnirin ən yaxşı boksçusu seçilib. Yığmamız komanda hesabında 1-ci yeri tutub.
 
Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçisi Elvin Məmişzadənin rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (48 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) bütün rəqiblərindən güclü olaraq, 1-ci pillədə qərarlaşıblar. Tağı Nəsibov (57 kq) isə bürünc medala yiyələnib.
 
Məhəmmədəli Qasımzadə turnirin ən yaxşı boksçusu adına layiq görülüb. Bu yaş qrupunda isə millimiz komanda hesabında 3-cü olub.
 
Qeyd edək ki, “Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30