28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Azərbaycan güləşçilərindən daha 3 medal

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə qoşulub, 3-ü isə medal görüşünə çıxıb.

Avropa çempionu Maqomedxan Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşlərdə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə fransalı Həmzət Arsamerzuyevə qalib gəlib.

Bu gün mübarizəyə qoşulan güləşçilərdən Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30