28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Avarçəkmə üzrə Azərbaycan birinciliyinə rekord sayda idmançı qatılacaq

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən keçiriləcək Azərbaycan birinciliyinə rekord sayda idmançı qatılacaq.

Futbolxeber.az saytının məlumatına görə, yarış 23-24 fevral tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Birincilikdə Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən çox avarçəkən mübarizə aparacaq. Bu da son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord göstəricidir.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Eyni zamanda fərqlənən idmançılar mayda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edərək, yığmanın heyətinə cəlb ediləcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30