27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Futbolxeber.az saytına AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbir fevralın 21-23-ü aralığında təşkil olunacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə Yay Olimpiya Oyunları ərəfəsində baş tutacaq konfransda Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər və əməkdaşları, nüfuzlu ali təhsil ocaqlarının professorları və yerli idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Açılış mərasimi fevralın 21-də ASAPES-in akt zalında baş tutacaq. Müxtəlif sessiyalar üzrə davam edəcək konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılacaq. Konfransda idmançıların köməkçi heyətinin iştirakı nəzərdə tutulub.

Fevralın 23-də konfrans işini Qubada davam etdirəcək. Beynəlxalq səviyyəli idmançıların iştirak edəcəyi tədbirin sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.

Həmçinin fevralın 22-də Qubada qonaqlar üçün mədəni proqram təşkil olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30