3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Liderlər asan qələbə qazanıblar

Qadın həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatının IX turunda liderlər qrupunda qərarlaşan klublar növbəti qələbələrini qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğradıblar.

Bu nəticələrdən sonra xallarının sayını 16-ya çatdıran “Qarabağ” liderliyini davam etdirib. Onun ən yaxın izləyicisi olan “Azəryol” isə xal ehtiyatını 15-ə çatdırıb.

Qadınların çempionatında turun son görüşü fevralın 4-də baş tutacaq. Həmin gün “Kür” “Gənclər Birliyi” ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilər arasında ölkə çempionatının IX turunun oyunları fevralın 3-4-də reallaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31