3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan boksçuları Qazaxıstana yollanıblar

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.
 
Hazırlıq prosesində əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hamısı 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.
 
Almatıda yerli boksçularla sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
 
Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək. Olimpiya çəki dərəcələri üzrə yığma üzvləri isə bir müddətdir ABŞ-də toplanışdadırlar.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31