3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Liderlər növbəti qələbələrini qazanıblar

Həndbol üzrə Azərbaycan çempionatında VIII tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, qadınların yarışında liderlər növbəti qələbələrini qazanıblar.

“Qarabağ” “Gənclər Birliyi”ni (39:10), “Azəryol” isə “İdman Akademiyası”nı (40:17) asanlıqla məğlub ediblər. Bir gün əvvəl keçirilən matçda “Kür” “Bakı”dan (44:12) güclü olmuşdu.

Bu nəticələrdən sonra “Qarabağ” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.

Kişilərin mübarizəsində tura “Dinamo” - “İdman Akademiyası” qarşılaşması ilə yekun vurulub. “AHF Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib - 26:26. Buna qədər isə “Kür” “Təhsil”i 40:22, “Azəryol” “Qarabağ”ı 36:29 hesabı ilə məğlub etmişdi.

Hesabında 14 xal olan “Kür” turnir cədvəlinə başçılıq edir. “Azəryol” liderdən 4 xal geri qalır. “Bakı” və “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla sonuncudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31