3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan millisi Polşaya yollanıb

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.
 
Yığmamız ilk matçını yanvarın 11-də Estoniyaya qarşı keçirəcək.
 
U-20 millimizin heyəti: Camal Cəlilov , Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov , Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.
 
Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31