3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Zaqreb Open”də iştirak edəcək Azərbaycan güləşçiləri açıqlandı

Xorvatiyada keçiriləcək güləş üzrə “Zaqreb Open”də iştirak edəcək Azərbaycan millisinin yarış üçün heyəti açıqlanıb.
 
Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yanvarın 10-da start götürəcək və yanvarın 14-dək davam edəcək turnirdə ölkəmizi 26 güləşçi təmsil edəcək.
 
İlk iki gündə məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq), Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) yer alıb.
 
Daha sonra qadın güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Semyon Şterev və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) uğur qazanmağa çalışacaq.
 
Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) turnirdə iştirak edəcək. 
 
Qeyd edək ki, yarışda I kateqoriyalı hakim Kamran Əliyev ədaləti qoruyacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31