1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Azərbaycan millilərinin ilk turniri üçün heyətləri məlum olub

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib.

Futbolxeber.az-ın Dünya Güləş Birliyinin (UWW) saytına istinadən verdiyi məlumata görə, Xorvatiyada keçiriləcək “Zaqreb Open”də Azərbaycan 28 güləşçi ilə təmsil olunacaq.

Sərbəst güləşdə İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nüdərrin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrail Qadjiev (74 kq), Arsen Coyev, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Giorgi Meşvildişvili, Vahit Qalayev (hər ikisi 125 kq), Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murat Lokyayev, Murad Əhmədiyev (hər ikisi 97 kq), Sabah Şəriəti, Beka Kandelaki (hər ikisi 130 kq), qadın güləşində isə Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Monolova (68 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, “Zaqreb Open” 10-15 yanvar aralığında baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31