1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Hacı Əliyev İdman Nazirliyindən narazıdır

Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyindən narazılıq edib. 
 
Futbolxeber.az saytının məlumatına görə, o, feysbuk hesabında paylaşım edərək ilin 10 ən yaxşı idmançısı siyahısında olmamasına və Xankəndidə Prezident İlham Əliyevlə görüşə dəvət almamasının səbəbini anlamadığını bildirib: 
 
“Bu il ilk dəfə 4 qat Avropa çempionu olaraq adımı Azərbaycan güləş tarixinə yazdım. Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum. Amma Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına da düşmədim. Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız Qarabağa idmançıları dəvət etdi və onlarla görüşdü, idmançıları nə qədər sevdiyini sübut etdi. Amma çox heyif ki, nazirlik adımı Prezidentlə görüş siyahısına salmadı. İnanıram ki, ölkə başçısı məni orda görməyə çox sevinərdi. Bu qədər qələbə qazanmağıma, nəticə əldə etməyimə baxmayaraq, nazirlik məni bu görüşdən məhrum etdi. Bu haqsızlığa görə inanıram ki, tədbir görüləcək”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31