3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan üzgüçüləri Serbiyada keçirilən beynəlxalq turnirdə 8 medal qazanıblar

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında 32-ci Sveti Nikola adına beynəlxalq turnirdə 8 medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, idmançılarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələniblər.
 
Milli üzvləri dünya çempionatına və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Serbiya və Şimali Makedoniyanın təmsilçiləri ilə mübarizə aparıblar.
 
Ramil Vəlizadə batterflyay üsulu üzrə 200 metr məsafəyə üzməkdə A finalında 2.03.01 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. O, bununla turnirin rekordunu yeniləyib. R.Vəlizadə batterflyay üsulu üzrə 100 mert məsafəyə üzməkdə də (55.23) A finalında turnirin rekordunu yeniləyərək, fəxri kürsünün birinci pilləsinə yüksəlib. Vəlizadə batterflyay üsulu üzrə 50 metr məsafəyə üzməkdə (25.27) A finalında ikinci yeri tutub.
 
Rəşad Alquliyev 50 metr arxasıüstə üzməkdə (A finalı - 28.83) bürünc medal əldə edib. İdmançı 100 metr arxasıüstə üzməkdə (A finalı - 1.00.58) də 3-cü pillədə qərarlaşıb.
 
Əbdürrəhman Rüstəmov isə 200 metr batterflyay üsulu üzrə üzməkdə B finalında birinci, A finalında 2.11.08 göstərici ilə üçüncü yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31