3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

"Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib

"Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə memorialın direktoru Anar Allahverdiyev mətbuat konfransında açıqlama verib.
 
O yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının turnirə qatılacağını bildirib.
 
A.Allahverdiyev yarışda Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qeifand (İsrail) kimi əcnəbi şahmatçıların da iştirak edəcəyini söyləyib.
 
Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31