4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Voleybol üzrə ordu birinciliyinə start verilib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 2023-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən voleybol üzrə ordu birinciliyinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən birincilikdə müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 7 komanda mübarizə aparır.

Birinciliyin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edənlər Müdafiə Nazirliyinin rəhbərliyi adından iştirakçılara uğurlar arzulayıb, belə yarışların keçirilməsinin mahiyyətindən danışaraq idmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadasının idarə etdiyi voleybol üzrə ordu birinciliyi noyabrın 18-dək davam edəcək.

Yekunda qalib komandalar diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31